GƏNCƏ LAYİHƏSİ - YENİLƏNİR

GƏNCƏ LAYİHƏSİ - YENİLƏNİR
Gəncənin siması olan tarixi binaların çoxu kərpicdən tikilib. Yüz ildən çox yaşı olan həmin tikililər bu müddətdə kənar müdaxilələrə məruz qalıb, kərpic divarları dəfələrlə suvayıb rəngləyiblər. Bu isə kərpiclərin daxildən dağılmasına səbəb olub.
Gəncədə aparılan təmir-bərpa işləri zamanı 10-a yaxın tarixi abidə, bina və hasarlar, tarixi məhəllələrin girişləri təmizlənib bərpa olunub. Kərpic divarların üst səthi ilk növbədə mexaniki yolla, əllə təmizlənib. Çətin təmizlənən yerlərdə xüsusi dərmanlardan, həmçinin yüksək təzyiqli buxardan və sudan istifadə olunub.
Divarların üst qatındakı rənglər çıxarılıb, kərpiclərin arasındakı zədələnmiş köhnə maddələr sökülüb. Təmizlənmə prosesindən sonra kərpiclərin üst səthləri bərpa olunub, zədələnmiş kərpiclər yenilərilə əvəz edilib.



