Az

Haqqımızda

Bakı Abadlıq Xidməti 2007-ci ildən öz sahəsində ən yaxşı yaşıllaşdırma, abadlaşdırma, əraziyə qulluq, fasadların təmiri və parkların tikintisi, tarixi abidələrin bərpası, Bakı kəndlərinin və Qarabağın bərpası və yenidənqurulması xidmətlərini həyata keçirir. Biz həmçinin, ərazinin təmizlənməsi, binanın fasadının yuyulması və s. təmizlik xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmışıq. Bizim peşəkar və məsuliyyətli komandamız müştərilərimizə xidmət göstərmək üçün öz bilik, təcrübə və qabaqcıl texnologiyalardan istifadə edir. Layihələrimizi sabit keyfiyyətlə həyata keçiririk.

ÜSTÜNLÜKLƏRİMİZ

  • Nüfuzlu şirkət

    15 ildən artıqdır ki, biz öz nüfuzumuzu dürüstlük, etibarlı xidmət və yüksək keyfiyyətli iş sayəsində qazanmışıq.

  • İxtisaslaşmış şirkət

    Tarixi abidələrin, yaşayış məntəqələrinin və kommersiya sahələrinin abadlaşdırılması, bərpası, yenidən qurulması və yaşıllaşdırılması üzrə ixtisaslaşmış şirkətik.

  • Vaxta nəzarət

    Hər bir layihə üçün müəyyənləşmiş müddətə ciddi riayət olunaraq vaxtında təhvil verilir və büdcədən kənara çıxılmır.

  • Etibarlı xidmət

    Biz etdiyimiz layihələrlə qürur duyuruq. Həyata keçirdiyimiz işlərin keyfiyyətinə zəmanət veririk, çünki sizin üçün yalnız mütəxəssislər işləyirlər.

OUR TEAM