PORTFOLİO

Layihələr

Malıbəyli layihəsi

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində növbəti köç ünvanı – qədim Malıbəyli kəndidir

Erməni işğalı illərində tamamilə dağıdılan bu kənddə hazırda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. “Bakı Abadlıq Xidməti” MMC-nin Malıbəyli layihəsi üzrə ilkin mərhələdə sakinlərin rahat şəkildə geri dönüşünü təmin etmək üçün bütün yeraltı kommunikasiya – qaz, su, işıq və rabitə xətlərinin çəkilişi yekunlaşmaq üzrədir.

Layihə çərçivəsində:

282 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub; bunlardan 127-də işlər gedir, 19-u tamamilə sökülərək yenidən inşa olunur, 108-i isə bərpa edilir. İlk mərhələdə 83 ailə Malıbəyliyə köçürüləcək. Hazırda ilk köç üçün 50 fərdi evin birləşmələri hazırdır.

14 çoxmərtəbəli bina (cəmi 33 347 m²) tikilir. Bu binalarda ümumilikdə 236 mənzil (40 ədəd 2 otaqlı, 118 ədəd 3 otaqlı, 78 ədəd 4 otaqlı) olmaqla 746 otaq olacaq. Mənzillər ailə tərkibinə uyğun şəkildə paylanacaq.

Yaşayış kompleksinin yerləşəcəyi 6 hektarlıq ərazidə 5 mərtəbəli binalarla yanaşı, idman meydançaları, istirahət məkanları, yaşıllıq zonaları, parkinqlər və yardımçı binalar da inşa olunur.

Gələn ilin aprelində layihənin birinci mərhələsi başa çatacaq və təxminən 280 ailə mənzillə təmin ediləcək.