“Əsrlərin şahidi Gəncə”

Sentyabrın 30-da Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, “Bakı Abadlıq” Xidməti və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı ilə Gəncə şəhərində “Əsrlərin şahidi Gəncə” adlı fotosərgi keçiriləcək. Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində baş tutacaq sərgidə şəhərin tarixi simasını, urbanistik inkişafını və abadlaşdırma proseslərini sənədli kadrlarla əks etdirən fotolar nümayiş olunacaq.
Bu sərgidə ilk dəfə olaraq Azərbaycanın ilk fotoqrafı, 1880–1910-cu illərdə Gəncədə fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasovun XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edən orijinal fotoları da təqdim ediləcək.
“Gəncə tarixinin cizgiləri” adlı film qədim fotolara yeni həyat verərək, şəhərin keçmişini müasir vizual texnologiyalar vasitəsilə canlandıracaq.