“Pirshaghi” Laçından məktəblilərə hədiyyə

Zerti Aqrosənaye Parkında yerləşən "Pirshaghi" ayaqqabı fabriki Laçındakı 2 saylı orta məktəbin bütün şagirdlərinə yeni tədris ilinin başlanması münasibətilə ayaqqabı hədiyyə etdi.
Bir neçə ay əvvəl fəaliyyətə başlayan Laçın filialı 160 məktəblini sevindirdi.
Yüksək keyfiyyətli məhsulların yerli sənətkarlar tərəfindən hazırlanması hədiyyənin simvolik dəyərini artırır.