Malıbəylidə yeni yaşayış kompleksi

05 September, 2025 08:09

Gələn ilin aprelində Xocalının bu məşhur kəndindəki yeni kompleksdə 280 ailə mənzillə təmin olunacaq. Hələliksə ərazi böyük tikinti meydançasını xatırladır. 6 hektarlıq ərazidə yerləşən yeni yaşayış kompleksi 14 binadan ibarət olacaq. 5 mərtəbəli binalarda 90 ədəd 4 otaqlı, 140 ədəd 3 otaqlı, 50 ədəd 2 otaqlı mənzil istifadəyə veriləcək. Yaşayış kompleksində həmçinin idman meydançaları, istirahət məkanları, yaşıllıq zonaları, parkinqlər, yardımçı binalar və s. olacaq. Hazırda inşaatda 80-ə yaxın əməkdaş gücləndirmə, təmir-bərpa işlərini həyata keçirir.

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR