Yaşıllaşdırma bizim işimizdir! Bütün ərazinin və ya onun müəyyən hissəsinin yaşıllaşdırılmasını sifariş verə bilərsiniz. Məqsədimiz gözləntilərinizə cavab vermək yox, onları aşmaqdır!
Peşəkarcasına seçilmiş bitkilər və onların obyektin relyef və planına uyğunlaşdırılması hər bir əraziyə fərdi, bitkin bir görünüş verməsini təmin edir. Bitkilərin təchizatı və əkilməsi onların xüsusiyyətlərini nəzərə alaraq aparılır. Görülmüş işlərin nəticəsi olaraq siz baxımlı əraziyə sahib olursunuz.
Yaşıllaşdırma xidmətinə aşağıdakılar daxildir:
Bitkilər mühitə harmoniya və mükəmməllik bəxş etməklə yanaşı xüsusi atmosfer yaradır, havanı zərərli maddələrdən təmizləyib oksigen ilə zənginləşdirirlər. Bitki alan zaman qənaət etmək lazım deyil, belə ki, gözəl bir bağ üçün sərf olunan vəsait və əməyə dəyər. Yalnız yaşıllaşdırma üzrə mütəxəssislər müvafiq bitki seçimi edə və ərazini keyfiyyətli şəkildə tərtib edə bilərlər.