Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Yasamal parkı

“Bakı Abadlıq Xidməti” parkın inşasına 2014-cü ilin əvvəllərində başlayıb və bir ildən az müddətə başa çatdırıb. Tikinti zamanı su anbarları üçün bütün təhlükəsizlik tədbirləri həyata keçirilib. Parkda geniş yaşıllıq salınıb, abadlıq-quruculuq işləri həyata keçirilib. Burada iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib.

Parkın sahəsi:

68 000 m²

Qazon sahəsi:

28 170 m²

Ağacların sayı:

3 623

Kolluqların sayı:

35 287

Fəvvarələrin sayı:

8

Skamyaların sayı:

209

Zibil qablarının sayı:

40

İşıq dirəklərinin sayı:

736