“SOCAR Tower” layihəsinin yaşıllaşdırma işlərini "Bakı Abadlıq Xidməti” həyata keçirir. Ərazidə xaricdən gətirilən, yerli mühitə uyğunlaşdırılan ağac və kol bitkilərinin əkilməsi işləri tamamlanıb, keyfiyyətli qazon örtüyü salınıb və qulluğu aparılır. “SOCAR Tower” layihəsinin yaşıllaşdırma işləri müasir texnologiyaları və novator ideyaları nəzərə almaqla həyata keçirilir.