Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Sabir bağı

Sabir bağı şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır. Cənub tərəfdən skver İçəri şəhərin qala divarına söykənir, şimal tərəfində İstiqlaliyyət küçəsi, şərqində tərəfdən – Konstitusiya məhkəməsinin binası, qərbində isə, daha çox İsmailiyyə adı ilə tanınan, Azərbaycan Elmlər Akademiyasının prezidiumu yerləşir. 1922-ci ildə memar Ələsgərovun layihəsi əsasında “Kaspiy” tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib. Skverin formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (skulptor Yakov Keylixis, memar Sırişev). 50-ci illərdə skver olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır. Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-arxitektur görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (skulptor Cəlal Qaryağdı, memarlar Əlizadə və İsmayılov) 1958-ci ildə skverin layihə kompozisiyasının mərkəzində yerləşdirilir. Skverin ətrafında olan tarixi memarlıq abidələri də mühüm komponent rolunu daşıyır. Skverin arxitektur-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən rekonstruksiya tədbirləri oynayıb.

Parkın sahəsi:

8 750 m²

Qazon sahəsi:

4 580 m2

Ağacların sayı:

195

Kolluqların sayı:

368

Fəvvarələrin sayı:

1

Gül dibçəklərinin sayı:

35

Skamyaların sayı:

41

Zibil qablarının sayı:

24

İşıq dirəklərinin sayı:

54