Dövlət İdarəçilik Akademiyasının qarşısındakı park paytaxtın ən yaşıl və sıx bitki örtüyünə malik parklarından biridir. Fevralın 2-si, 2017-ci ildə Niyazi küçəsində yerləşən bu parkda görkəmli dirijor, SSRİ xalq artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi oldu. Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Müəllifi xalq rəssamı Ömər Eldarov, memarı isə əməkdar memar Elbay Qasımzadə olan heykəlin üst plitəsi royalın qapağı formasındadır. Yenidənqurma işlərindən sonra yeni əkilən bitkilər, stalaktit və stalaqmit üslubunda fiqurlarla bəzədilmiş fəvvarə, bəzəkli zərif skamyalar sayəsində park daha da gözəlləşdi. Bura sakitliyi və rahatlığı ilə seçilən məkanlardan biridir.
Parkın sahəsi:
5 800 m²
Qazon sahəsi:
1 825 m²
Ağacların sayı:
59
Kolluqların sayı:
4 724
Skamyaların sayı:
32
Zibil qablarının sayı:
8
İşıq dirəklərinin sayı:
28
Fəvvarələrin sayı:
1