Yaşayış evi iki mərhələdə: birinci mərtəbə 1895-ci ildə, iki yuxarı mərtəbələr – XX əsrin əvvəlində inşa edilib. Tin mövqeyini tutur və magistralın tikilməsində fəal rol oynayır. Arxitektura orderli və ordersiz sistemlərin təsiri altında inşa edilib. Fasadların ciddi şəkildə detallara ayrılması, həcmli detalların haşiyələri ilə pəncərə yerlərinin ahəngi, ümumi memarlıq kompozisiyası onun həllinin daxili mahiyyətini meydana çıxarır. Onun əhəngdaşından inşası, klassik üsulların bazasında binanın üslub istiqamətinin tektonik quruluşunu aşkarlayır. Nəinki küçənin, həm də bütün şəhərin ümumi memarlıq istiqamətini müəyyən edən tikililərə aiddir; XIX-XX əsrlərin hüdudlarında yaradılıb və Bakının tarixi irsinə ayrılmaz hissə kimi daxildir.
Fasadın sahəsi:
500 m²
Eyvanların sayı:
7