İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti ünvanlarının kəsişməsində yerləşən monumental yaşayış binası 1947-ci ildə memar Konstantin İvanoviç Sençixinin (1905-1985) layihəsi əsasında inşa edilmişdir. Binanın inşasına başlanmazdan əvvəl onun yerində aparılan geoloji tədqiqat zamanı sonradan binanın təməli kimi istifadə edilmiş nəhəng monolit daş çıxıntısı aşkarlanmışdır. Buna görə də tikilini "Monolit" adlandırmağa qərar verilmişdir.
Binanın orijinal memarlıq həlli – binanın arxa tərəfinin ölçüsünün ön tərəfin ölçüsündən bir qədər kiçik olması – böyük monumentallıq və nəhəng ölçü illüziyası yaradaraq ona xüsusi təntənəli görünüş bəxş etmişdir.
Fasadın sahəsi:
1 560 m²
Damın sahəsi:
3 200 m²