Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

İslam Səfərli, 8-10

Restavrasiyadan əvvəl

Adamovların üçmərtəbəli yaşayış evi (1867-1895-ci illər), ətrafdakı məhəllələrə münasibətdə öz ayrı yerləşməsi ilə tarixi mərkəzin şəhər salma strukturunda bir məhəllənin bütöv bir tamını təşkil etdiyinə görə çox sərfəli yer tutur.Şəhər magistrallarına və bağçaya tərəf yönələn yaşayış evi şəhərin simmetrik tikinti sistemində həcm və məkan həlli ilə üstünlüyə malikdir. Bina fasadsız olması ilə seçilir, hissələrin şaquli olması və üfüqi kürəkciklərin ritmi eyni zamanda müəyyən konstruktiv sistem və arxitektur həll yaradır. Bağçaya tərəf incə plastik elementlərlə, incə detallarla yönələn cənubi fasad daha da ifadəlidir. Fasadın ümumi kompozisiyasına varlı Mantaşevin sifarişi ilə italyan sənətkarının yumru heykəltəraşlıq əsəri uğurla daxil edilib. Möhtəşəm interyerlər XIX-XX əsrin hüdudunda şəhər üçün xarakter olan memarlıq axtarışlarını əks etdirir. Bina Bakının memarlıq irsinin bir hissəsi və memarlıq abidəsidir.

Fasadın sahəsi:

2 575 m²

Eyvanların sayı:

23

Fasadın boyanması:

2 575 m²

Damın sahəsi:

204 m²

Restavrasiya olunmuş qədim qapıların sayı:

1

 

Restavrasiyadan sonra