Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Badamdarda Heydər Əliyev parkı

Badamdar qəsəbəsində Heydər Əliyev parkının açılışı iyunun 22-i 2012-ci ildə olub. Bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilmiş və burada müasir istirahət kompleksi yaradılıb. Parkda 7 min kvadratmetrə yaxın sahəyə daş döşənmiş, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılıb, müxtəlif bəzək kolları əkilib, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınıb. Parkın mərkəzində Azərbaycanın xəritəsi önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılıb. Burada gecə işıqlandırma sistemi ilə təchiz olunmuş müasir fəvvarə kompleksi quraşdırılıb. Parkda uşaqların əyləncəsi üçün xüsusi guşə, kütləvi tədbirlərin keçirilməsi və əhalinin istirahətinin təşkili ilə əlaqədar bütün lazımi şərait yaradılıb. Həyata keçirilən yenidənqurma işləri çərçivəsində parkın ətraf əraziləri abadlaşdırılıb, küçələrə yeni asfalt örtük döşənib.

Parkın sahəsi:

7 140 m²

Qazon sahəsi:

4 000 m2

Ağacların sayı:

113

Kolluqların sayı:

45

Skamyaların sayı:

36

Zibil qablarının sayı:

28

İşıq dirəklərinin sayı:

30

Fəvvarələrin sayı:

1