Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Dədə Qorqud parkı

Bakının müasir parkların biri olan Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltəraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.

Parkın sahəsi:

29 650 m²

Qazon sahəsi:

12 500 m²

Ağacların sayı:

380

Kolluqların sayı:

6 802

Skamyaların sayı:

59

Zibil qablarının sayı:

36

İşıq dirəklərinin sayı:

133

Gül dibçəklərinin sayı:

15