Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Böyükşor Gölü layihəsi

Həyata keçirdiyimiz işlər arasında Böyükşor gölünün ətrafının yaşıllaşdırılması layihəsini xüsusi qeyd etmək lazımdır. Belə ki, Böyükşor gölü Abşeron gölləri içərisində ən böyük su səthinə malik və gərgin ekoloji vəziyyətdə olan göldür. Böyükşor gölü Abşeron yarımadasının mərkəzində, Bakı

şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Gölün mühafizə zonası da daxil olmaqla, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Böyükşor gölünün cənub sahilində geniş abadlıq-quruculuq işləri aparılıb, 16 hektara yaxın ərazidə park və yaşıllıq salınıb. Bu sahədə böyük təcrübəyə əsaslanaraq gördüyümüz bütün işlərin keyfiyyətinə zəmanət veririk.