Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Diqqət! Fotomüsabiqə!

Bakı Abadlıq Xidməti Bakının ən yaxşı bahar fotoları üçün müsabiqə elan edir!

“Bakı Baharı” mövzusunda fotolar şəhərimizin gözəlliyini və unikallığını əks etdirməlidir. Kadrda çiçəklər və ağaclar, parklar və bağların olması arzuolunandır – Bakının yazda füsunkar və maraqlı fotoşəkillərini görmək və göstərmək istəyirik.

Yalnız 2019-cu ildə çəkilən fotolar qəbul edilir. Bütün şəkillər yüksək keyfiyyətli olmalı, peşəkar kamera ilə çəkilməlidir.

Müsabiqənin qalibi 500 manat dəyərində mükafat qazanacaq.

Həmçinin müsabiqənin nəticələrinə əsasən, ilk 3 yerin sahibini Bakı Abadlıq Xidməti ilə əməkdaşlıq gözləyir.

Müsabiqənin qaydaları:

      •  Fotoşəkillərin qəbulu – 2019-cu il aprelin 8-dən mayın 1-dək.

      •  Müsabiqə üçün işlər contact@bms.az ünvanına göndərilməlidir.

      •  Hər bir iştirakçı müsabiqəyə ən azı beş (5) fotoşəkil təqdim etməlidir.

      •  Müsabiqəyə yalnız 2019-cu ildə çəkilmiş şəkillər qəbul edilir.

      •  Müsabiqəyə həm peşəkar, həm də həvəskar fotoqraflar qatıla bilər.

      •  Fotoşəkillərinizi müsabiqəyə təqdim etməklə bizim ondan istifadə etməyimizə icazə vermiş olursunuz.

      •  Fotoşəkillər JPG formatında, həcmi 2 MB-dan az olmamaq şərtilə göndərilməlidir.

      •  İştirakçı göndərdiyi fotoşəkillərin müəllifi olmalıdır.

      •  Lazım gələrsə, müsabiqə iştirakçıları şəkli RAW və ya orijinal JPG formatında təqdim etməlidirlər.